Dizel bahalaşmayacaq
Ölçü:


Tarif Şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.

Koordinat.az
xəbər verir ki, bu barədə Tarif Şurasından verilən açıqlamada bildirilib.
Şuranın katibi İlkin Məcidov AzTV-yə müsahibəsində bildirib ki, hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının qiymətinin dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur. Onun sözlərinə görə, "Аİ-92" markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib.

 
16.07.2017 10:22:00
Oxuma sayı: 155