Sahibkarların əməkhaqqı üçün müraciət qaydası açıqlandı
Ölçü:


Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərdən ikisinin - pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətləri üzrə işlərin həyata keçirilməsinə başlanılıb. Maliyyə dəstəyi vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında həyata keçirilir.

İqtisadiyyat Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması məqsədilə müvafiq videotəlimatlar hazırlanıb. Bu təlimatlar müraciətlərin tərtib olunma qaydalarını izah edir.

Həyata keçirilən maliyyə dəstəyi proqramlarının 600 minədək muzdlu işçi və fərdi sahibkarı əhatə etdiyini və sözügedən videotəlimatların geniş ictimai maraq doğurduğunu nəzərə alaraq, onları diqqətinizə təqdim edirik:

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat https://www.taxes.gov.az/az/post/1024

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat https://www.taxes.gov.az/az/post/1025

10.04.2020 13:56:00
Oxuma sayı: 402