190 manatı almaq istəyən işsizlərin qeydiyyatı başladı
Ölçü:


Bu gündən birdəfəlik ödəməni (190 AZN) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatına start verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Koordinat.az-a verilən məlumata görə, müraciətlərin çoxluğunu nəzərə alınaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günləri qrafikə bölünüb. Həmin qrafikə uyğun olaraq bu gün Bakı ərazisində Binəqədi, Yasamal, Nəsimi, Səbail rayonları, bölgələrdə isə Lənkəran, Cəlilabad, Salyan, Masallı, Sabirabad, Laçın, Cəbrayıl, Neftçala, Kəlbəcər, Biləsuvar, Astara, Lerik, Zəngilan, Qubadlı,Yardımlı, Şuşa, Xızı, Xocalı, Xocavənd şəhər və rayonlarında elekton müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatları aparılacaq.

İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az  portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

 

Rəsmi məlumata görə, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.


08.04.2020 10:52:00
Oxuma sayı: 55