Dünyada benzinin qiyməti: Azərbaycanda 1.54, Gürcstanda 0.86 dollar - siyahı
Ölçü:


Xəbər verdiyimiz kimi, Tarif Şurasının dünənki iclasında “Aİ-92” markalı benzinin pərakəndə satış qiymətini 1 litr üçün 20 qəpik qaldıraraq 90 qəpik səviyyəsində təsdiq edilb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında qəbul edilmiş qərar bu gündən qüvvəyə minib.

Bəs, Tarif Şurasının bu qərarından sonra Azərbaycanda benzinin qiyməti dünya ölkələrindəki müvafiq göstəricilərlə necə fərqlənir?

Beləliklə, Tarif Şurasının dünənki qərarı ilə Azərbaycanda ən çox işlədilən "Aİ-92" benzininin pərakəndə satış qiyməti 1.548 dollardır. Bu isə o deməkdir ki, Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti əksər MDB və Avropa ölkələrindən bahadır. Belə ki, hazırda “Aİ-92” benzinin qiyməti Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98, Fransada 1.45, Böyük Britaniyada 1.48, Türkiyədə isə 1.44 dollardır.

Neftlə zəngin bir çox ölkələrdə isə benzinin qiyməti daha ucuzdur. Məsələn, Venesuelada benzinin 1 litri 0.01, Səudiyyə Ərəbistanında 0.24, Türkmənistanda 0.27, Küveytdə 0.34, İran və Misirdə 0.36, Qətərdə 0.45, ABŞ-da isə 0.68 dollardır.

Bununla belə, bəzi ölkələrdə benzinin pərakəndə satış qiyməti Azərbaycandakından daha bahadır. İsraildə və Niderlandda bu qiymət 1.64, Danimarkada 1.57, Yunanıstanda, İtaliyada 1.62, İslandiyada 1.82, Norveçdə 1.79 dollardır.
15.07.2017 11:51:26
Oxuma sayı: 146