Hazırlıq şöbələrinə keçid ballarını Dövlət İmtahan Mərkəzi müəyyən edəcək - qayda
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edilib.

DİM-dən Koordinat.az-a verilən məlumata görə, dəyişikliklərdən sonra ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı “bakalavriat səviyyəsində hazırlıq qruplarına” mərkəzləşdirilmiş qaydada tələbə qəbulu bu quruma həvalə olunub.  DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.

Dəyişiklik nəticəsində Nizamnamənin  1.1-ci yarımbənddə “ali və orta ixtisas təhsili müəssisələrinə”  sözlərindən sonra “, bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri, 2.1.2-ci yarımbənddə “səviyyələrinə” sözündən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri, 2.1.3-cü yarımbənddə “keçid ballarını” sözlərindən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını” sözləri əlavə edilib.

Eyni zamanda 2.1.3-1-ci yarımbəndə “2.1.3-1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”; 3.1.10-cu yarımbənddə “keçirmək” sözündən sonra “, ödənişli elektron xidmətlər göstərmək” sözləri, 3.1.10-1-ci yarımbəndə təsərrüfat cəmiyyətləri yaratmaq;” sözləri əlavə olunub.

 
15.07.2017 11:34:00
Oxuma sayı: 391