Nuşirəvan Məhərrəmov vəzifədən könüllü gedib
Ölçü:


Milli Televiziya və Radio Şurasının (MTRŞ) dünən keçirilmiş iclasında Nuşirəvan Məhərrəmov qurumun sədri postundan azad edilib, bu vəzifəyə İsmət Səttarov seçilib.

Koordinat.az
bildirir ki, Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının 6 aprel 2020-ci il tarixli iclasında sədr vəzifəsindən könüllü olaraq gedib. O, bundan sonra fəaliyyətini Milli Televiziya və Radio Şurasının üzvü kimi davam etdirəcək.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının daha 5 üzvü var. Bunlar aşağıdakı şəxslərdir:

Mübariz Elyazov (2017-ci ildə üzvü təyin edilib);
Məmməd Cəfərov (2017-ci ildə üzvü təyin edilib);
Aslan Xəlilov (2017-ci ildə üzvü təyin edilib);
Bəxtiyar Qaraca (2019-cu ildə üzv təyin edilib);
Telli Pənahqızı (2019-cu ildə üzv təyin edilib)

07.04.2020 10:18:00
Oxuma sayı: 35