Koronovirusla bağlı sosial müdafiə proqramlarının detalları
Ölçü:


İqtisadi dəstək və sosial müdafiə proqramlarının detalları açıqlanıb.

Koordinat.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. Sosial dəstək aşağıdakı istiqamətləri əhatə edəcək:

1. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı;

2. 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı;
Vergi güzəştləri, imtiyazları və tətilləri proqramı;

4. Yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı. Bu proqramın həcmi 500 milyon manat təşkil edir;

5. Sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı;

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket;

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir;

8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı;

9. Əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramı;

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan dövlət və özəl şirkətlərlə bağlı məqsədli proqram.

04.04.2020 18:54:00
Oxuma sayı: 73