Tanınmış jurnalist maskasız olduğuna görə 100 manatat cərimələnib
Ölçü:


Maskasız olduğuna görə polisin cərimələdiyi tanınmış jurnalist, Novator.az saytının baş redaktor müavini Hikmət Sabiroğlu olayla bağlı mətbuat üşün açıqlama verib.

Koordinat.az
-ın məlumatına görə, Hikmət Sabiroğlu hadisənin təfsilatlarını açıqlayaraq bunları deyib: “Aprelin 2-si axşam tərəfi işdən evə qayıdanda metronun “İnşaatçılar” stansiyasının yanında xidmət aparan polis zabiti məni saxlayıb şəxsiyyət vəsiqəmi tələb etdi. Çıxarıb verdim, həmçinin xidməti vəsiqəmi göstərib jurnalist, Novator.az saytının baş redaktor müavini olduğumu, işdən gəldiyimi dedim.
Zabit maskasız və əlcəksiz olmağıma irad tutub mənə 100 manat məbləğində cərimə yazacağını bildirdi. Etiraz etdim, karantin qaydalarında maska və əlcək taxmaq tələbi nəzərdə tutulmadığını dedim, amma etirazım qəbul olunmadı.
Açığı, bu ağır dövrdə polis əməkdaşlarının üzərinə böyük yük düşdüyünü nəzərə alıb, həm də zabitin çox qərarlı olduğunu görüb dərinə getmədim, narazı olsam da, xüsusi irad bildirmədən inzibati xəta protokolunu imzaladım. Protokolda məhz maskasız və əlcəksiz olduğuma görə cərimələndiyim qeyd edilib.
Elə həmin gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidova bu barədə məlumat verdim, aprelin 3-də isə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə monitorinq qrupu bilgiləndirildi. Bu anlaşılmazlığın yoluna qoyulacağı ümidi ilə olayın ictimailəşdirilməsini istəmədim.
Ancaq cərimələndiyimi bilən bəzi dostlar sosial şəbəkədə bu haqda yazıblar, kütləvi informasiya vasitələri də buna əsaslanıb xəbərlər yayır, məndən açıqlama istəyir. Ona görə hadisənin necə olduğunu açıqlamaq zorunda qaldım. Ağır günlərdən keçdiyimizi nəzərə alaraq bu xətanın üstündə çox dayanmağa lüzum görmürəm...”.

04.04.2020 15:26:00
Oxuma sayı: 47