Nazirlər Kabineti: "Vətəndaşlar evdən icazə ilə çıxa bilər"
Ölçü:


“Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın vaxtlarda açıqlanacaq”.

Koordinat.az
-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O, deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: “Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək. Hələlik sənəd hazır olmadığından bu sənəd barədə məlumat vermirik. Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi göz əksini tapacaq”.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə bildirib ki, vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək: "Yaxın vaxtlarda geniş məlumat veriləcək. Vətəndaş evdən çıxmamış müəyyən nömrəyə SMS-lə bu barədə izah verəcək. Onlara icazə veriləcək. Vətəndaşa polis naryadı yaxınlaşanda o şəxsiyyət vəsiqəsini verəcək və polis planşetlə ona icazə verilib verilmədiyini görəcək. Vətəndaş Yasamalda icazə alıbsa, başqa rayonda aşkarlanıbsa, o artıq karantin rejimini pozmuş kimi qiymətləndiriləcək".

02.04.2020 12:05:00
Oxuma sayı: 199