Koronavirus Azərbaycanın bütün bölgələrinə yayılır
Ölçü:


"Son günlər bütün respublika ərazisində virusun aşkarlanması qeydə alınır”.

Koordinat.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, artıq rəqəmlər son günlər 10, 20 nəfər artır: "Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir”.

Y.Qarayeva deyib ki, ən doğru qorunma yolu özünü izolyasiya yoludur: "Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir"
02.04.2020 11:48:00
Oxuma sayı: 430