Xəstəxanadan qaçan şəxs tutularaq yenidən xəstəxanaya yerləşdirilib
Ölçü:


Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Koordinat.az-a verilən məlumatda təəsüflə qeyd olunub ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir: "Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilmişdi. Lakin o, ünvanını tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, onun ailə üzvləri və sıx təməsda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil verilib".

Nazirlik bir daha bəyan edir ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq ciddi tədbirləri görüləcək.
20.03.2020 14:32:00
Oxuma sayı: 75