Sosial mənzillərə sahib olmaq sərfəlidirmi?
Ölçü:

 
“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi” Qaydasına əsasən layihə üzrə tikinti işlərinin 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər.

Koordinat.az
xəbər verir ki, bunu Modern.az-a MİDA-dan bildiriblər. Bildirilir ki, elan satışın başlayacağı gündən ən azı 30 gün əvvəl verilir. Satışa çıxarılan güzəştli mənzillər haqqında elan kütləvi informasiya vasitələrində dərc olunacaq, habelə güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş vətəndaşlara “Güzəştli mənzil” elektron sistemində şəxsi elektron kabinetləri vasitəsilə bildiriş şəklində göndəriləcək. Belə bildiriş almış hər kəs satışa çıxarılmış güzəştli mənzillərin yerləşdiyi yaşayış kompleksi və binalarla, habelə mənzillərin interyeri ilə virtual qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə tanış olmaq və növbəti mərhələdə seçimini etmək imkanını əldə edəcək.

Rəsmi məlumata görə, güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir: “Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar".

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsində) 11,6 hektarlıq torpaq sahəsində inşa olunur. Kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-loklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31-33 m2, ikiotaqlı mənzillərin sahəsi təqribən 50-58 m2, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 m2 təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahat yaşayışını və zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə ərazisində 240 yerlik uşaq bağçası və 960 yerlik orta ümumtəhsil məktəbini də əhatə edən müvafiq sosial infrastrukturun yaradılması, habelə ictimai iaşə, məişət və xidmət obyektləri üçün nəzərdə tutulan qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi nəzərdə tutulur.

İlk sosial mənzillərin satışına 2017-ci ilin sonunadək başlamaq planlaşdırılır.
 
13.07.2017 13:06:48
Oxuma sayı: 122