“Qobu Park” və “Ümid” şəhərciyində yaşayan məcburi köçkünlərə bayram sovqatı paylanıb - FOTO
Ölçü:


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi məcburi köçkün ailələrə bayram sovqatı paylayıb.

Dövlət Komitəsindən Koordinat.az-a verilən məlumata görə, hər üç qurumun nümayəndələri Bakının Qaradağ rayonunda salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bildirilib ki, adı çəkilən təşkilatlar daim məcburi köçkünlərin yanında olacaq, onlarla belə görüşlər davamlı xarakter daşıyacaq.

Məcburi köçkünlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.


18.03.2020 17:42:00
Oxuma sayı: 185