Milli Məclis də fəaliyyətini dondurur
Ölçü:

Milli Məclisdə Azərbaycanda kononavirusla bağlı müzakirələr başlanılıb.

Koordinat.az
-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bü gün iclasda koronavirusla mübarizənin təşkili məsələsi müzakirə olunacaq. O qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilir.

S.Qafarova vurğulayıb ki, Azərbaycanın Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərib: "Məktubda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır".


17.03.2020 13:31:00
Oxuma sayı: 37