Tibb işçilərinin maaşlarına əlavə edilməlidir
Ölçü:



Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir.

“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”,-deyə M.Quliyev əlavə edib.

17.03.2020 12:44:00
Oxuma sayı: 38