Qaçqınlara 80 min manat pul verildi
Ölçü:



Sabirabad və Goranboyda yaşayan qaçqınlara bayram sovqatı verilib.

Koordinat.az Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də - martın 16-da daxili işlər orqanları əməkdaşları könüllülük prinsipi əsasında 80 min manat məbləğində maddi yardım toplayıblar.

Həmin yardım nazirliyin nümayəndələri tərəfindən Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə çatdırılıb.
17.03.2020 10:39:00
Oxuma sayı: 39