Deputat Bakıya giriş-çıxışın bağlanması təklifinə etiraz etdi
Ölçü:


“2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və “Təhsil Kreditləri haqqında” qanunu da daxil etmək lazımdır”.

Koordinat.az
-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi qəbul edilməlidir: “Bu, çox ciddi məsələdir. Bununla bağlı həmkarım Əli Məsimli ilə qanun layihəsini təkmilləşdirmişik”.

Millət vəkili koronavirusla bağlı danışarkən qeyd edib ki, dövləti qapatmağın, ölü dövlətə çevirməyin tərəfdarı deyil: “İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz. Əgər iş yerlərinin hamısını qapatsaq, bu insanlar necə dolanacaqlar?! Dünən həmkarım Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib. Amma bu, yolverilməzdir. Bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur”.
17.03.2020 10:27:00
Oxuma sayı: 38