Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı
Ölçü:

Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.

Analoji addım Özbəkistanla bağlı da atılıb.

16.03.2020 18:54:00
Oxuma sayı: 76