"Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsinə daha 1 milyon manat xərclənəcək
Ölçü:

"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC (MİDA) "Güzəştli mənzil" sisteminin funksionallığının artırılması ilə əlaqədar təkmilləşdirilməsinə dair keçirilən tenderlərin qalibini müəyyənləşdirib.

Koordinat.az
xəbər verir ki, Tender Komissiyasının qərarına əsasən, MİDA-nın elan etdiyi tenderin qalibi "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC seçilib.

Martın 16-da bu şirkətlərlə ümumi dəyəri 917 min manat təşkil edən müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət tərəfindən "Güzəştli mənzil" sistemində təkmilləşdirilmə işləri aparılacaq.

16.03.2020 18:14:00
Oxuma sayı: 33