Əhalinin banklarda 6,820.1 milyon manat əmanəti var
Ölçü:


Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib.

Bu barədə Koordinat.az-a Maliyyə Bazarına Nəzarət Palatasından məlumat verilib. Bildirilib ki, bank sektorunun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.

 
12.07.2017 16:44:00
Oxuma sayı: 77