Ali məktəblərə və kolleclərə ərizə qəbulu başladı
Ölçü:

Dövlət İmtahan Mərkəzinin (DİM) əvvəlcədən elan etdiyi kimi, bu gündən – 16 martdan 2020/2021-ci tədris ili üçün ali məktəblərə və 11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu başlamalıdır.

Koordinat.az xəbər verir ki, DİM-in bir müddət öncə yaydığı məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün (I – V qruplar) ərizə qəbulu 2020-ci il martın 16-dan aprelin 14-dək internet vasitəsilə aparılacaq. 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 16-dan aprelin 14-dək aparılacaq.

Qaydalara görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.

Ərizə qəbulu (I – V qruplar) - 16 mart - 14 aprel
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə - 26 aprel
Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan - 26 aprel
Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqli dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) - 26 aprel
Qəbul imtahanı – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) - 11 may
Qəbul imtahanı – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) - 17 may
Ərizələrində yaz imtahanında iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin yay imtahanında da iştirak etmək üçün qeydiyyatı - 29 may - 12 iyun
Qəbul imtahanı – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) - 28 iyun
Qəbul imtahanı – II və III ixtisas qrupları üzrə (yay imtahanı) - 10 iyul.
16.03.2020 10:09:00
Oxuma sayı: 40