Gəncədə qatar qadını vurdu
Ölçü:



Gəncə şəhərində qatar piyadanı vurub.

Koordinat.az
xəbər verir ki, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində baş verib. Qatar dəmir yolu xəttini keçmək istəyən 1966-cı il təvəllüdlü şəhər sakini Əkbərova Mirvari Oruc qızını vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
11.11.2017 16:38:00
Oxuma sayı: 1128