Daha bir ölkədə koronavirus tapıldı
Ölçü:


Qayanada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Koordinat.az
“RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Devid Qreyncer bildirib. Söhbət martın 5-də ABŞ-da qayıdan 52 yaşlı Qayana sakinindən gedir. Qadın Corctaun şəhərində yaşayır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada indiyədək 120 minə yaxın insan bu virusa yoluxub, 4 minə yaxın insan dünyasını dəyişib.

12.03.2020 10:13:00
Oxuma sayı: 47