Putin də növbədənkənar parlament seçkiləri keçirmək istəyir
Ölçü:


Rusiyada da yeni konstitusiyanın qəbulundan sonra ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Koordinat.az xəbər verir ki, bu təşəbbüslə Vladimir Putin hökumətinə yaxınlığı ilə seçilən Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. O, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olduğunu bildirib: "Yenilənmiş Konstitusiya apreldə qüvvəyə minsə, yəqin ki, ölkədə Dövlət Dumasına növbədənkənar seçkilərin keçirilməsi lazım olacaq".

Qeyd edək ki, bu gün Dövlət Dumasında Rusiya prezidenti Vladimir Putinin ölkə konstitusiyasına dəyişikliklərə bağlı qanun layihəsinə ikinci oxunuşda baxılır. Artıq “Vahid Rusiya” partiyası yekdilliklə Konstitusiyaya dəyişiklikləri dəstəklədiyini açıqlayıb. Rusiya parlamentinin aşağı palatası ilk oxunuşda konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib. Aprelin 22-də ümumxalq səsverməsinin keçirilməsi haqqında qərar qəbul olunub.

10.03.2020 13:41:00
Oxuma sayı: 49