"Yenə könlüm Kəlbəcərə tələsir" kitabının təqdimatı keçirilib - FOTOLAR
Ölçü:


Bu gün "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Elşad İbrahimovun yenicə çapdan çıxmış "Yenə könlüm Kəlbəcərə tələsir" kitabının təqdimat  mərasimi keçirilib.

Koordinat.az
xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə çap olunmuş müəllifin kitabda vətənpərvər ruhda yazılmış şeirləri toplanıb. Mərasim çərçivəsində müəlliflə kəlbəcərli gənçlərin görüşü təşkil edilib. Elşad Əlastan oğlu İbrahimov hərbi xidmətini yerinə yetirərkən erməni sılahlı birləşmələrinin snayperdən atdığı atəş nətiçəsində başından yaralanıb. I qrup Qarabağ əlili olan Elşad vətənpərvərlik mövzusunda silsiləli şerlər müəllifidir. O, həmçinin Paraolimpiya idmanın Bociya idman növü ilə məşqul olur. Hazırda Goronboy rayonun Yeni Veyisli qəsəbəsində müvəqəti məskunlaşıb.


21.01.2018 20:18:06
Oxuma sayı: 900