Məhkəmə Fuad Qəhrəmanlının işinə yenidən baxdı
Ölçü:


Abşeron rayon Məhkəməsində yazar Zümrüd Yağmurun Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Koordinat.az-ın məlumatına görə, hakim Elman Məmmədovun sədrliyi ilə bir müddət əvvəl keçirilən prosesdə Z.Yağmurla F.Qəhrəmanlı arasında rəsmi nikah pozulub. Məhkəmənin qərarı ilə birgə nikahdan olan övladları Z. Yağmurun himayəsinə verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) nikahın pozulması və yetkinlik yaşına çatmayan övladlarının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia qaldırmışdı.

Məhkəmə prosesi bir neçə dəfə təxirə salınandan sonra məhkəmə tərəflərin barışması üçün 3 ay vaxt vermişdi. 3 ay müddət başa çatdıqdan sonra tərəflər məhkəməyə dəvət olunaraq işə yenidən baxılıb.

Onu da qeyd edək ki, Fuad Qəhrəmanlı həyat yoldaşını və qızlarını döyərək işgəncə verməsi faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.

09.03.2020 15:47:00
Oxuma sayı: 131