Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatdı
Ölçü:


Gürcüstanda daha 3 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Koordinat.az bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı saytda məlumat verilib. Bununla da ölkədə koronavirusa yoluxan şəxslərin sayı 12-yə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da İrandan Azərbaycan vasitəsi ilə qayıtmış 50 yaşlı kişidə aşkarlanıb.
07.03.2020 18:25:00
Oxuma sayı: 142