194 nömrəli marşrutun hərəkət xətti dəyişdirildi
Ölçü:



Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Koordinat.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.
07.03.2020 11:03:08
Oxuma sayı: 243