“Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC yaradılıb
Ölçü:



Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.

Koordinat.az xəbər verir ki, fərmana əsasən yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb.

Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 
06.03.2020 16:38:46
Oxuma sayı: 32