Müddətsiz müqavilə ilə işləmək istəyənlər üçün son qeydiyyat günü
Ölçü:



Martın 6-da ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatır.

Nazirlikdən Koordinat.az -a daxil olan məlumata görə, qeydiyyat prosesi bu gün saat 23:59-da yekunlaşacaq. Artıq 2800-dən çox namizəd http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçib.

Qeydiyyat başa çatdıqdan sonra elektron ərizələrin yoxlanılması həyata keçiriləcək və nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
06.03.2020 15:05:00
Oxuma sayı: 54