İdlibdə daha iki türk hərbçisi şəhid olub
Ölçü:


Suriyanın İdlib vilayətində iki türk əsgəri şəhid olub, daha üç hərbçi yaralanıb.

Koordinat.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“İdlibdə “Bahar qalxanı” əməliyyatının icra olunduğu bölgədə iki döyüşçümüz şəhid olub, daha üçü yaralanıb”, - deyə açıqlamada qeyd olunur.

Nazirliyin məlumatına görə, hərbçilər rejim qüvvələrinin hücumları nəticəsində həlak olub.
06.03.2020 09:47:00
Oxuma sayı: 137