Yeni deputatların adları açıqlandı - siyahıda Kəlbəcərin icra başçısı da var
Ölçü:

Bu gün Konstitusiya Məhkəməsi 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini elan edib.

Koordint.az xəbər verir ki, qərara əsasən 121 seçki dairəsi üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən qalib elan olunan deputatlar təsdiq olunub. Bunların arasında Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Ailə, qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicra Hüseynova da var.

Qərara əsasən, 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri isə etibarsız sayılıb.

Beləliklə, parlament seçkilərində qalib gələn, beşinci çağırış Milli Məclisdə təmsil olunmamış yeni deputatların siyahısı aşağıdakı kimidir:

7 saylı Ordubad-Culfa seçki dairəsi – Quliyev Cəbi Hüseyn oğlu
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Xasayeva Səbinə Səməd qızı
14 saylı Xəzər seçki dairəsi – Məmmədov Soltan Teymur oğlu
16 saylı Yasamal ikinci seçki dairəsi – Qədirli Erkin Toğrul oğlu
17 saylı Yasamal üçüncü seçki dairəsi – Allahverdiyev Elnur Marat oğlu
24 saylı Nizami birinci seçki dairəsi – Nurullayeva Könül Oruc qızı
27 saylı Sabunçu ikinci seçki dairəsi – Salahzadə Əliabbas Qalib oğlu
29 saylı Səbail seçki dairəsi -Arpadarai Nigar Cavid qızı
31 saylı Suraxanı ikinci seçki dairəsi – Əliyev Etibar Qasım oğlu
32 saylı Suraxanı üçüncü seçki dairəsi – Həsənova Afət Əbil qızı
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Cəfərov Müşfiq Cəfər oğlu
41 saylı Sumqayıt birinci seçki dairəsi – Hüseynova Hicran Kamran qızı
43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Hacıyev Emin Məcid oğlu
44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Məmmədli Müşfiq Fazil oğlu
46 saylı Şirvan seçki dairəsi – Yusifov İltizam Balayusif oğlu
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Seyidzadə Şahin Kamil oğlu
53 saylı Quba-Qusar seçki dairəsi – Rafailov Anatoliy Xaimoviç
54 saylı Şabran-Siyəzən seçki dairəsi – Qurbanov Sadiq Haqverdi oğlu
56 saylı Xaçmaz kənd seçki dairəsi – Mikayılova Sevil Əlirazı qızı
57 saylı Kürdəmir seçki dairəsi – Ağazadə Əminə Həmid qızı
59 saylı Salyan seçki dairəsi – Əhmədova Jalə Fərhad qızı
61 saylı Neftçala seçki dairəsi – Rüstəmxanlı Sabir Xudu oğlu
62 saylı Saatlı seçki dairəsi – Ələkbərov Əziz Yusif oğlu
63 saylı Sabirabad birinci seçki dairəsi – Cəfərov Kamal Xaqani oğlu
64 saylı Sabirabad ikinci seçki dairəsi – Məmmədov Ramin Ələmşah oğlu
66 saylı Biləsuvar seçki dairəsi – Məhərrəmov Bəhruz Abdurrəhman oğlu
70 saylı Masallı şəhər seçki dairəsi – Məmmədov Məşhur Şahbaz oğlu
71 saylı Masallı kənd seçki dairəsi – İsgəndərov Anar Camal oğlu
79 saylı İmişli seçki dairəsi – Nurullayev Razi Qulaməli oğlu
84 saylı Füzuli seçki dairəsi – Bayramov Vüqar İbad oğlu
85 saylı Şamaxı seçki dairəsi – Cəfərova Tamam Şaməmməd qızı
89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Əfəndiyev Məzahir Cavid oğlu
91 saylı Ucar seçki dairəsi – Həsən Ramil Sahib oğlu
93 saylı Bərdə şəhər seçki dairəsi – Yıldırım Fatma Vidadi qızı
96 saylı Goranboy-Naftalan seçki dairəsi – Məmmədov Anar İlyaz oğlu
99 saylı Şəmkir kənd seçki dairəsi – Həsənov Nurlan Urfan oğlu
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Elşad Mirbəşir oğlu
102 saylı Samux-Şəmkir seçki dairəsi – Səfərov Nizami Abdulla oğlu
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi – Nağıyev Arzu Nəsib oğlu
113 saylı Şəki şəhər seçki dairəsi – İskəndərov Vüqar Yapon oğlu
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Məmmədov Ceyhun Valeh oğlu
122 saylı Xankəndi seçki dairəsi – Gəncəliyev Tural Babaşah oğlu
123 saylı Kəlbəcər seçki dairəsi – Məmmədov Aqil Sadıq oğlu

05.03.2020 17:44:00
Oxuma sayı: 35