Prezident Administrasiyasından Müsavat başqanına da çağırış gəldi
Ölçü:


Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyasına dəvət alıb.

Koordinat.az
xəbər verir ki,  bu barədə Arif Hacılı özü bildirib: "Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim. Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim".

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bundan öncə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və "REAL" Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.
29.02.2020 13:14:00
Oxuma sayı: 167