Salvador da İranla əlaqələri kəsdi
Ölçü:

Salvador hökuməti koronavirusla əlaqədar İrandan gələn şəxslərin ölkəyə girişinə qadağa qoyub.

Koordinat.az
xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele öz tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, bununla əlaqəli Salvador Miqrasiya Xidmətinə müvafiq sərəncam verilib.
 
İrandan gələn Salvador vətəndaşları və diplomatları isə 30 gün müddətinə karantinə alınacaq.

Qeyd edək ki, bundan əvvəl Salvador Cənubi Koreya və İtaliya vətəndaşları üçün ölkəyə girişi qadağan etmişdi.

29.02.2020 10:12:00
Oxuma sayı: 137