Nazirlər Kabinetinin yanında operativ qərargah yaradılıb
Ölçü:

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

Koordinat.az-ın məlumatına görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablandırır. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, koronavirusla bağlı 24 saat fəaliyyət göstərən qaynar xətti fəaliyyətə başlayıb. O qeyd edib ki, qaynar xəttin nömrəsi 1542-dir: “Hər hansı vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətlər hiss edərsə, bu qaynar xətlə əlaqə saxlasınlar”.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

28.02.2020 17:38:00
Oxuma sayı: 614