Akif Məmmədov: "Dezinfeksiyanın səbəbi koronavirusla bağlı deyil"
Ölçü:



“Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda koronavirus var. Bizim apardığımız dezinfeksiya işləri proflaktik tədbirlərdir və hər il bu cür işlər həyata keçirilir”.

Koordinat.az
xəbər verir ki, bunu açıqlamasında Bakı şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov deyib.

Onun sözlərinə görə, hər mövsümdə məktəblər, məscid və bağçalarda, eləcə də ali təhsil ocaqlarının yataqxana və binaları dezinfeksiya edilir: “Hansı qurum ki, bizimlə dezinfeksiya işlərinin aparılması üçün ilin əvvəlində müqavilə bağlayır, bizim mərkəz proflaktik məqsədlərlə həmin yerlərdə dezinfeksiya işləri aparır”.

A.Məmmədov onu da bildirib ki, “JEK”lərin xidmət göstərdiyi binaların zirzəmilərində və s. dezinfeksiya işləri aparılsa da, kooperativ binalarında bu prosesi həyata keçirmək üçün onlar müqavilə bağlamaq üçün müraciət etməlidirlər.

28.02.2020 11:11:00
Oxuma sayı: 23