"Azərenerji" Bakıdakı enerji qəzasının səbəblərini açıqladı
Ölçü:


"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.

Koordinat.az-ın məlumatına görə, ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, enerji qəzası Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edib. Onun sözlərinə görə, həmin ərazidəki yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

27.02.2020 17:36:00
Oxuma sayı: 52