Siyasi partiya rəhbərlərini Prezident Administrasiyasına çağırdılar
Ölçü:

Prezident Administrasiyasında bir neçə siyasi partiyanın rəhbəri ilə görüş keçirilib.

Koordinat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn özünün "Facebook" səhifəsində yazıb. 

“Bu gün Prezident Administrasiyasının binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağı görüşüm olub”, - deyə o qeyd edib.

27.02.2020 16:58:00
Oxuma sayı: 33