NASA UNO-nu qeydə aldı - VİDEO
Ölçü:

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) rəsmi saytında Beynəlxalq Kosmik Stansiyanın (BKS) yanından uçan müəmmalı obyektin əks olunduğu videonu yayıb.

Videoda BKS-ə yaxınlaşan və işıq saçan obyekt aşkar görünür.

BKS kameralarının çəkdikləri bu videodakı obyektin nə olduğu bilinmir.

Ufoloqların sözlərinə görə, kameralar uçan naməlum obyekti (UNO) çəkiblər.
Bir qədər əvvəl isə Curiosty aparatı Mars planetinin səthində piramidaya bənzəyən obyektin fotolarını çəkmişdi. /milli.az


11.08.2015 11:24:56
Oxuma sayı: 1258