Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü - FOTO
Ölçü:

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub.

Koordinat.az
xəbər verir ki, Ayaz Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Eyni zamanda, eks dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.

Qeyd edək ki, A.Mütəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.

26.02.2020 12:36:00
Oxuma sayı: 33