Azərbaycan Ukraynadan pul köçürmələrinə görə 3-cü yerdədir
Ölçü:

Ukraynaya 2019-cu ildə xaricdən 12 milyard dollar daxil olub, Ukraynadan kənara isə 600 milyon dollar köçürülüb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ukrayna Milli Bankından bildiriblər. Maraqlıdır ki, Ukraynadan xaricə pul köçürmələri üzrə liderlər sırasında Azərbaycan da var. Belə ki, yuxarıda göstərilən ümumi məbləğin 6%-i məhz Azərbaycana göndərilib. Bu isə 36 milyon dollar deməkdir. Bu baxımdan öncüllər sırasında Rusiya (31%), Gürcüstan (11%), Çin, Özbəkistan (hər ikisi 5%) da var.

Ukraynaya daxil olan köçürmələr üzrə isə İsrail (14%), İtaliya (9%), Rusiya, Polşa (hər ikisi 7%) liderlər sırasındadır.

17.02.2020 11:09:00
Oxuma sayı: 207