Vergi sisteminin texniki dəstəyinə 6,8 milyon manat xərclənəcək
Ölçü:

Azərbaycan Vergilər Nazirliyi informasiya texnologiya xidmətlərinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.

Koordinat.az
xəbər verir ki, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi Azərbaycanın "Cybernet” " şirkəti seçilib. Fevralın 5-də bu şirkətlə dəyəri 6,82 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Cybernet" şirkəti nazirliyin informasiya sistemlərinə xidməti dəstək göstərəcək. Həmçinin, şirkət tərəfindən dövlət qurumunda istifadə olunan proqram təminatlarında əlavə və dəyişikliklər ediləcək və lisenziyalar tədarük olunacaq.
17.02.2020 09:41:00
Oxuma sayı: 43