Qarabağ məsələsi Münhendə müzakirəyə çıxarılır - Əliyev və Paşinyanın iştirakı ilə
Ölçü:

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Almaniyada Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Koordinat.az
xəbər verir ki, təşkilatın rəsmi saytında Qarabağla bağlı dəyirmi masada hər iki ölkə liderinin iştirak edəcəyi qeyd olunur. Bildirilir ki, dəyirmi masa “Dağlıq Qarabağ münaqşiəsində yeni inkişaf” mövzusuna həsr olunur. Toplantı saat sabah yerli vaxtla 18:30-dan 19:15-ə qədər 45 dəqiqə davam edəcək. Dəyirmi masanın moderatoru rolunda isə Rusiya-Amerika fondunun icraçı direktoru Selesta Vallander çıxış edəcək.


14.02.2020 19:55:00
Oxuma sayı: 191