Badamdar yenə sürüşür
Ölçü:

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Koordinat.az
xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb. Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb. Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.

Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur.

14.02.2020 13:33:00
Oxuma sayı: 31