ABŞ Qarabağın “ikinci Suriyaya” çevriləcəyindən niyə qorxur? –Karnegi Fondunun təhlili
Ölçü:


Amerika Birləşmiş Ştatlarında nufuzlu təşkilat olan Karnegi Fondu ABŞ-ın yeni rəhbərliyi üçün Cənubi Qafqazla bağlı siyasətində hansı prioritetlərin zəruri olması ilə bağlı təhlil hazırlayıb.

Karnegi Fondunun Avrasiya üzrə proqramının direktoru Yevgeni Rumerin, Karnegi Fondunun Rusiya və Avrasiya üzrə proqramının baş elmi əməkdaşı, ABŞ-Rusiya münasibətəri üzrə tədqiqatçı Riçard Sokolskinin, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə tədqiqatçı, Karnegi Fondunun baş elmi işçisi Pol Stronskinin müəllifliyi ilə hazırlanan bu təhlildə Vaşinqtonun Cənubi Qafqaz regionunda aparacağı siyasət araşdırlılr və gələcək konturlarla bağlı tövsiyələr verilir.

Koordinat.az xəbər verir ki, yazıda Qarabağ münaqişəsi, Amerikanın Azərbaycan, Ermənistan, Gürcüstanla yeni siyasi reallıq çərçivəsində qura biləcəyi tərəfdaşlıq və prioritetlər göstərilib. O cümlədən Rusiya ilə münasibətlərin hədəfləri qeyd edilir.  Strateq.az-da dərc olunmuş həmin təhlili ixtisarla oxucularına təqdim edirik:

 …ABŞ-ın Cənubi Qafqazda regional sabitliyi qoruyan mühüm, amma həyati əhəmiyyəti olmayan maraqları var: Dondurulmuş münaqişələrin alovlanmasının qarşısını almaq, Azərbaycan, Gürcüstan və Ermənistanda demokratiyanın dəstəklənməsi və idarəetmənin yaxşılaşdırılması, bu ölkələr arasında inteqrasiyanı dsətəkləmək…

Yaxın dövrün hadisələri – “Soyuq müharibə”dən sonra Avropada yaradılmış təhülkəsizlik sisteminin dağılması, qlobal enerji bazarlarında dəyişikilik, regionun cənubunda qeyri-sabitlik, Avropa Birliyindəki problemlər ABŞ-dan öz maraqlarının yürüdülməsi üçün daimi işitrakını tələb edir.

ABŞ-ın Cənubi Qafqazda iştirakı


Son 25 il ərzində ABŞ-ın Cənubi Qafqazda mövcudluğu regionda, xüsusən Gürcüstanda  bir sıra mühüm müsbət dəyişiklərin baş verməsində kömək edib.  Amma ABŞ tərəfindən dəstəklənən bir sıra təşəbbüslər həddən artıq ambisiyalı olub. Belə ki, ABŞ Cənubi Qafqaz ölkələri qarşısında duran problemləri qiymətləndirə bilməyib. 

ABŞ-ın siyasəti əvvəlki kimi məhdud resurslar və regionda mövcud olan ağır şərtlərlə üzləşəcək. Vaşinqton Cənubi Qafqaz ölkələrinə daxili problemlərini həll etməkdə köməklik göstərməlidir.  Ancaq bunun üçün ABŞ-ın regionda dominant olan Rusiya ilə mübarizə aprması lazım gələcək.

Birləşmiş Ştatlar Cənubi Qafqazdan geri çəkilə bilməz. Amma uğur ABŞ-ın öhdəliklərinin və resurslarının ciddi balanslaşdırmasından və həmçinin Amerikanın dəyişikliklər üçün imkanlarının məhdudluğunu anlamasından asılıdır.

ABŞ-ın uzunmüddətli yanaşması

Regiona yönəlik davamlı siyasət beş rəhbər prinsipə əsaslanmalıdır:

Münaqişələrin qarşısının alınması ilə bağlı prioritet;

Regiondakı dondurulmuş münaqişənin alovlanmasının qarşısını almaq ABŞ-ın əsas prioriteti olaraq qalmalıdır. 

ABŞ dəyərlərinin təşviqində ehtiyatla hərəkət edin. Amerika demokratik dəyişiklikləri dəstəkləməlidir; Amma 3 Cənubi Qafqaz dövlətinin müxtəlif trayektoriyasına nəzər yetirdikdə vahid regional yanaşma çətin ki, effektli olsun. Konkret ölkəyə fərdi yanaşma uğurun perspektivini daha yaxşı təmin edə bilər.

Sizdən gözlənən gözləntilərə səbrlə yanaşın. ABŞ regionda Rusiya ilə münasibətlərə nəzərən ciddi geopolitik diskomfort şəraitindədir. Vaşinqton bu 3 dövlətə icra edə bilməyəcəyi vədləri verməməlidir.  Bu xüsusi ilə Gürcüstana, onun NATO-ya üzvlük cəhdlərinə aiddir.

Avropa İttifaqı üçün yer eləmək. İqtisadi inkişaf, qanunun aliliyi və digər daxili islahatlar ABŞ  üçün prioritet olaraq qalmalıdır, amma Vaşinqton öz səylərini Avropa İttifaqı ilə koordinasiya etməlidir.

Enerji potensialına münasibətdə realist olun. Xəzər dənizinin enerji resurslarının region üçün əhəmiyyəti  keçmişdə qeyri-real gözləntilər yaratmışdı. İndi onları nəzarətdə saxlamaq mühümdür. 

ABŞ-ın yeni administrasiyasının qarşısında Cənubi Qafqaza münasibətdə özünün siyasətini formalaşdırmaq durur. Yeni Administrasiya  inersiyanı əsas götürərək və regiondakı hadisələrə reaksiya verərək hazırkı “tapdanmış” yolla gedə bilər, yaxud da regiona yönəlik xüsusi yanaşmanı ehtiva edən qərar qəbul edə bilər. İstənilən halda bu yanaşmaya cavabdeh olanlar regionun ağırlığını, önun müxtəlifliyini, ABŞ və onun müttəfiqlərinin maraqlarını və həmçinin birinci 25 ildə Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətinin dərslərini bütün ölçülərdə qiymətləndirməlidir.

 2008-ci ildə Rusiya -Gürcüstan müharibəsi ABŞ-ın təkcə Gürcüstana deyil, bütün regiona  münasibətində növbəti dönüş anı oldu.

Kremlin hərbi fəaliyyəti aydın etdi ki, ruslar ABŞ-ın və müttəfiqlərinin sabiq sovet ərazilərinə nufuz etməsinə dözməyəcəklər. Moskva NATO-ya üzvlük məsələsini ekspansiya üçün əsas vasitə sayır və istənilən keçmiş sovet respublikasına bu nufuzu qadağan edəcək. Kreml həmçinin işarə verdi ki, o, qonşularına Rusiya orbitini tərk etməyə imkan verməyəcək. ABŞ və onun müttəfiqləri isə NATO-nun genişlənməsi ilə bağlı Rusiya ilə müharibəyə etməyə hazır deyildilər. 

Ancaq Qafqaz ölkələrinin heç biri özlərinin bu baxımdan ritorik mövqeyindən imtina etməyib. Tiflis əvvəlki kimi NATO-ya üzv olmaq məqsədini bildirir, Avropa İttifaqı ilə sıx təmasdadır, Gürcüstana vəd edilib ki, onun NATO-ya namizədliyi arxa plana atılmayıb. Amma onun qəbul perspektivi faktik olaraq gözlə görüləcək qədər incəlib. Gürcüstan asılı vəziyyətə düşüb. Bu real dalanın işğında ABŞ-ın Cənubi Qafqaz siyasəti faktik olaraq fokusunu və regional qəhrəmanını itirib.

Azərbaycanla münasibətlər bu hökumətin avtoritar xarakterinə görə çətinləşib. Rusiyanın Ermənistanla xüsusi münasibətlərinə görə Yerevan çətin ki, ABŞ-ın regionda maraq qəhrəmanına çevrilsin.

Vaşinqton Gürcüstanın NATO-ya üzvlük səylərinə görə Moskva ilə qarşıdurmaya getməyə risk eləmədi. Bu rusların qırmız xətti idi və Vaşinqton onu keçmədi.

Bu qeyri-müəyyənləyi nəzərə alaraq Cənubi Qafqaz ölkələri və digər regional subyektlər arasında daha dərin  iqtisadi əlaqələrin yaradılmasına can atmaq lazımdır. Cənubi Qafqaz təcriddən yavaş-yavaş çıxan İranın regionda artan iştirakından qazana bilər.

Son nəticədə Cənubi Qafqaz regionunda və onun ətrafında çoxsaylı dəyşikliklərə baxmayaraq bu 3 dövlət üçün əsas məsələ onların Rusiya ilə münasibətləri və bu münasibətləri Qərblə əlaqələrlə balanslaşdırmaqdır.

Rusiya coğrafi yaxınlığa görə bir sıra üstünlüklərə malikdir və güc göstərməyə hazır olduğunu nümayiş etidirir. Bü üstünlük ABŞ və Avropadan fərqli olaraq onun regionun sahibi kimi çıxış etməsinə və tələbələr irəli sürməsinə şərait yaradır. Amma Moskva regionda üstünlük verilən tərəfdaş deyil və çətin ki, yaxın gələcəkdə də olsun.

ABŞ-ın Cənubi Qafqazda maraqları və prioritetləri

Cənubi Qafqazda və onun kənarlarında son 25 il ərizndə baş vermiş bütün dəyişiklikləri nəzərə alaraq proqnozlaşdırmaq olar ki, Vaşinqton region üçün “masaya hansı kartı” qoyub;

ABŞ-ın Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadiyyatında mühüm maraqları var. Amma onların heç biri həyati əhəmiyyət daşımır. 

ABŞ öz üzərinə uzunmüddətli öhdəliklər götürərək son 25 ildə regiona çoxlu töhfələr verib.

Vaşinqton Qafqazın 3 dövlətinin suverenliyinə və müstəqilliklərinə dəstək verib. ABŞ Minsk Qrupunun həmsədri kimi qalır.

ABŞ bu 3 dövlətin avroatlantik institutlarına inteqrasiyasını dəstəkləyib. ABŞ həmçinin Qafqazın iki dövləti ilə mədəni bağlarla bağlıdır; erməni-amerikan icması regionla sıx əlaqləri var, eyni zamanda Gürcüstanla ABŞ arasında mədəni, təhsil və siyasi əlaqələr genişlənməkdə davam edir.

ABŞ regional maraqları hətta Cənubi Qafqaz sərhədlərini belə aşır. Vaşinqtonla fikir ayrılıqlarına baxmayaraq Turkiyə NATO üzvü olaraq ABŞ-ın müttəfiqi olaraq qalır.  Cənubi Qafqazda alovlanan münaqişə Türkiyənin və NATO üzrə digər müttəfiqlərinin Qara dəniz regionundakı maraqlarına təhlükə yarada bilər. Qarabağ münaqişəsi və Cənubi Qafqazda ümumi sabitsizlik bölgəni Yaxın Şərqə, Suriyaya, İraqa gedən və ya oradan Mərkəzi Asiya və Şimali Qafqaza qayıdan döyüşçülər üçün bir kanala çevirə bilər.

 Son nəticədə ABŞ-ın regionda maraqlarını o zaman rezume etmək olar ki, Ermənistan, Azərbaycan və Gürcüstan bir-biriləri və qonşuları ilə sülh şəraitində olacaqlar, eyni zamanda iqtisadi inkişafla, effektiv idarəetmə və beynəlxalq strukturlarda öz seçimi üzrə inteqrasiya edəcəklər.

Bunun üçün bir neçə şərt vacibdir;

Regional münaqişələrin alovlanmasının qarşısının alınması; Bu ABŞ üçün əsas prioritet olmalıdır. Azərbaycan və Ermənistan arasında ötən ilin aprelində baş vermiş qısa müddətli döyüşlər  göstərdi ki, bu münaqişə ABŞ-ın regional maraqları və regional təhlükəsilik üçün təhlükə yaradır. Ona görə də bu məqsəd ABŞ diplomatiyasının siyahısında birinci cərgədə yazılmalıdır. Əgər hərbi əməliyyatlar yenə başlasa Rusiya və Türkiyə kənardan, ola bilsin ki, birbaşa müdaxilə etməli olacaqlar. Münaqişənin gedişindən asılı olaraq İran da bu prosesə qatıla bilər. Münaqişə Suriya münaqişəsinin ikinci teatrına çevrilə bilər.

Enerji sahəsinin inkişafı; ABŞ-ın enerji diplomatiyası Cənubi Qafqazda çox böyük rol oynayıb. O, Xəzər enerji ehtiyatları üçün yeni bazarlar və ixrac imkanları baxımından çox iş görüb.

Amma Xəzərin enerji resurslarının regiona təsirləri zaman-zaman şişirdilib və nəticədə qeyri-real gözləntilərə gətirib çıxarıb. Gələcəkdə bundan qaçmaq mühüm şərtdir. Enerji diplomatiyası Cənubi Qafqazın taleyində və ABŞ-la əməkdaşlıqda böyük rol oynasa da  ABŞ-ın məhdud maraqları və dünya enerji bazarında geniş tendensiyaları nəzərə alsaq çətin ki, bu gələcəkdə də belə olsun.

Bu səbəbdən Xəzərin enerji inkişafını ABŞ maraqları baxımından qoymaq lazımdır. ABŞ-ın enerji diplomatiyası 10 il əvvəl Vaşinqtonun Cənubi Qafqazda iştirakı üçün misilisiz alət idi.  O zaman ABŞ qlobal enerji təminatının diversifikasiyasında maraqlı idi və Xəzərlə bağlı  enerji planları bu vacib məqsədə xidmət edirdi.

Amma son 10 ildə dünya enerji bazarı çox dəyişib. Xəzərin resurslarının dünya bazarlarında yeri enerji sektorunda olan digər hadisələrə nəzərən tutulur. Slyans inqilabı, sıxılmış təbii qaz hasilatını genişlənməsi, yeni dərinsulu yataqlarda resursların kəşf edilməsi Xəzərdən fərqli olaraq qlobal enerji təminatında daha vacib mənbəyə çevrilib. 

Xəzərin enerji ehtiyatları ilə bağlı ən ambisiyalı iddia ondan ibarət idi ki, bu enerji Avropanı rusların aslılığından azalda bilər. Cazibədarlığına baxmayaraq bu ideya Avropada elə də böyük maraq doğurmadı. Bu ideya hər hansı dövlət sponsorunun böyük kommerisiya marağını çəkmədi. Avropa Rusiyadan  güclü şəkildə asılıdır.  Avropa İttifaqının qaz tələbinin 34 faizini 2016-cı ildə Rusiya ödəyib.

Xəzər regionu isə bu qədər böyük fərqi ödəmək üçün resurslara malik deyil.

ABŞ-ın Qafqazda davamlı siyasəti

Son 25 ildə ABŞ-ın Cənubi Qafqazda sülhməramlı, demokratiyaya dəstəklə bağlı fəaliyyəti böhranlı situasiyalarda çox böyük rol oynayb.  

Amma Amerika tərəfindən irəli sürülən bir neçə nəhəng ambisiyalı təşəbbüslər gözlənilən nəticəni verməyib. Bu o demək deyil ki, ABŞ Qafqazdan çəkilməlidir. Son 25 ildə ərzində regionda qəbul edilmiş marağı və öhdəlikləri bu variantı istisna edir.  Cənubi Qafqazın mübahisəli ərazi kimi etiraf olunması öz- özlüyündə ABŞ üçün burada fəaliyyətə heç bir maneə yaratmır.  ABŞ-ın Qafqazdan çəkilməsi Rusiyanın nufuz dairəsini tanımaq demək olardı. ABŞ administrasiyası isə ardıcıl şəkildə və qəti olaraq əvvəldən bu iddianı rədd ediblər. Bu rəddetmə ABŞ-ın siyasətini müəyyən edən əsas prinsiplərdən olub. 

Son 25 ilin təcrübəsi göstərdi ki, heç bir hakimiyyət, hətta Rusiya belə region üzərində hegemonluq edə bilməz. Rusiya hər üç Qafqaz dövlətinə uzun qaranlıq kölgəsini salsa da onların heç birində dominant ola bilmədi. ABŞ-ın Qafqazda mühüm maraqları var və onları müdaifə etməlidir. Uğur ABŞ maraqlarının və resurslarının ciddi balansından, regiondakı situasiyanı real qiymətləndirməsi, həmçinin böyük səbrdən və dəyişikliklərin inqilabla deyil, təkamüllə olacağını etiraf etməsindən asılı olacaq.

Birincisi, ABŞ Cənubi Qafqaza yanaşmasında etiraf etməlidir ki, Amerikanın maraqları regionda marağı olan digər böyük dövlətlərin maraqları ilə üst-üstə düşə bilər. Məsələn, Çinin Cənubi Qafqazın iqtisdi imkanlarına giriş cəhdləri bölgə üçün beynəlxalq kommersiya və siyasi əlaqələrin genişləndirmək baxımından faydalı ola bilər. Bu, həmçinin Rusiyanın ambisiyalarını balanslaşdırmaqda kömək edə bilər və Cənubi Qafqaz dövlətlərinin beynəlxaq inteqrasiyasında ABŞ-ın dəstəyini gücləndirəcək.

Tam eyni ilə İranla fəal tərəfdaşlıq Cənubi Qafqaz ölkələri üçün Fars körfəzində yeni kommerisya imkanları aça bilər.

Bununla yanaşı bir neçə dar şərtlər daxilində hətta Rusiya və ABŞ-ın maraqları üst-üstə düşə bilər. Məsələn, əgər Rusiya qarşılıqlı razılaşdırma əsasında Cənubi Qafqazda  bir və ya bir neçə münaqişəni həll etməyə cəhd edərsə və uğura nail olmaq istəsə ABŞ bunu dəstəkləməli və maksimum dərəcədə bu səylərə qoşulmalıdır.

Bu iki səbədən mühümdür; dondurulmuş münaqişələrin həlli Cənubi Qafqazın maraqlarına xidmət edərdi və ABŞ-ın bu prosesdə iştirakı Rusiyanın nufuz dairəsi ilə bağlı öz iddalarına bəraət qazandırmaq imkanının qarşısını alardı. 

İkincisi, Cənubi Qafqazın 3 ölkəsinin müstəqilliyinin və suverenliyinin dəstəklənməsi həmişə ABŞ siyasətinin mərkəzində olub  və belə də qalmalıdır.

Bu 3 ölkənin 25 illik tarixi göstərdi ki, inkişafın qarşısını alan maneə daxili yox, xaricidir. 

ABŞ çətin ki, bu ölkələr üçün xarici maneələri dəyişə bilsin. Amma o səylərini yönəldərək bu dövlətlərə  daxili problemlərin öhdəsindən gəlmək və xarici çağırışlara qarşı dayanıqlığını yüksəltməkdə kömək edə bilər. 

Üçuncü, bu yanaşma ABŞ siyasəti tərəfindən əhəmiyyətli differensasiya tələb edir. Bu tədbirlərin bir çoxu siyasi cəhətdən çətin olacaq, çünki o münasibətlərə dair çoxdankı sazişlərə və  oturuşmuş qarşılıqlı maraqlara ağırlı korrektələr etməyi tələb edir.

Gürcüstanla Avropa İttifaqı ilə bağlanmış saziş, azad ticarət haqqında müqavilələrin mühümlüyü və qiymətli olması ondan ibarətdir ki, bu sazişlər Gürcüstanın dayanıqlığna mühüm təsir göstərir. 

ABŞ-ın Gürcüstana köməyi Avropa İttifaqı ilə koordinasiya olunmalıdır. ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin ən çətin elementi Vaşinqtonun təhlükəsizlik sahəsində Gürcüstanla münasibətləridir.

ABŞ Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir. Qapı açıqdır. Amma 2008-ci il Gürcüstan müharibəsi, 2014-də Ukrayna hadisələri göstərdi ki, Rusiya bu məsələdə müharibəyə də getməyə hazırdır. Aydındır ki, Gürcüstanın NATO-ya üzvlük məsələsi uzaq gələcəyin işidir. Amma bu o demək deyil ki, ABŞ və NATO üzrə müttəfiqlər Gürcüstandan imtina etməlidrlər. Əksinə, Tiflislə möhkəm və çöxtərəfli əməkdaşlığı dəstəkləmək lazımdır.

Gürcüstandan fərqli olaraq Ermənistan Rusiyanın təzyiqi üzündən Avropa İtifaqı ilə sazişi imzalamayıb.

Bununla yanaşı Ermənistan höküməti Avropa İtifaqı ilə daha sıx münasibətlərdə maraqlı olduğuna işarə edib.  Gürcüstanda olduğu kimi, ABŞ-ın Ermənistana köməyi və fəaliyyəti bu sazişin əsas istiqamətləri üzrə vacib qaydaları daxili dayanıqlıq, iqtisadi perspektiv və avroatlantik əlaqələr üçün əsas kimi yüksəltməyə yönəltməlidir.  Həmçinin bu kömək zamanı səylərin Avropa İttifaqı ilə koordinasiya edilməsi zəruridir.

Azərbaycan ABŞ-ın regiondakı siyasətində çətin tərəfdaşdır. Onun daxili avtoritar siyasi kursu ikitərəfli münasibətlərin yaxşılaşdırılmasında ciddi əngəl yaradır. Heç bir halda Bakının vətəndaş cəmiyyətinə olan münasibətini, antiamerika publik ritorikasını və hər yeri bürümüş korrupsiyanı nəzərdən buraxmaq olmaz. Vətəndaş cəmiyyətinin bir çox tanınmış fəalları ölkədən qaçmağa məcbur olublar, və yaxud həbsxanadadırlar. ABŞ bu situasiyaya qarışmayıb. Azərbaycana məhdud giriş vəziyyətində ABŞ-ın ölkə daxilindəki vətəndaş cəmiyyətinə birbaşa köməyi az inandırıcıdır. Bu heç səmərəli yol deyil. Belə cəhdlər ABŞ-la Azərbaycan arasında əlaqələri təhlükə altnda qoya bilər. 

Nəticə

ABŞ-ın Cənubi Qafqazda mühüm maraqları olsa da onlardan heç biri həyati əhəmiyyətli deyil. Vaşinqton Qafqazın 3 ölkəsinə fəal təsir etməli, onların beynəlxalq ictimaiyyətlə inteqrasiyasını dəstək verməlidir.

Bu 3 ölkənin hər biri ölkədaxili və xaricdə əhəmiyəti problemlərlə qarşılaşırlar. Hər üç halda dəyişiklikllər inqilabi deyil, təkamül yolu ilə baş verəcək.

Odur ki, ABŞ-ın regiondakı siyasəti bu dəyişikliklərin dəstəklənməsinə istiqamətlənməli və bunu uzunmüddətli perspektivdə həyata keçirməlidir.

Çünki ABŞ-ın regionda transformasiya dəyişiklikləri ilə bağlı cəhdləri ümidləri doğrultmayıb və gələcəkdə də uğur vəd etmir.

Hazırladı:
Xaqani SƏFƏROĞLU

22.06.2017 20:12:07
Oxuma sayı: 918