Bəzi yollarda sürət həddi aşağı salındı
Ölçü:


Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Koordinat.az-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

14.02.2020 10:30:00
Oxuma sayı: 19