Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı
Ölçü:


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.Belə ki, dünən seçki nəticələri ləğv olunan Hadı Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Koordinat.az xəbər verir ki, bu barədə “Report”un məlumat yayıb.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.

14.02.2020 10:19:00
Oxuma sayı: 37