Deputatlığa namizəd Baş Prokurorluğa müraciət etdi - "Prezidentin
islahatlarına kölgə salanlar..."
Ölçü:

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd, hüquqşünası Əzzi Qənbərov Baş Prokurorluğa şikayət edib.

Koordinat.az
xəbər verir ki, bu barədə depitatlığa namizəd özünün "Facebook" səhifəsində məlumat yayıb. O, qeyd edib ki, seçki günü Kəlbəcər Seçki Dairəsinin çox ciddi qanun pozuntusuna yol vermiş 20-yə yaxın seçki məntəqəsi barədə  Baş Prokurorluğuna şikayət təqdim edib: "Ümid edirəm ki, ölkə rəhbərinin islahatlarına kölgə salan 123 saylı Kəlbəcər Seçki Dairəsinin də nəticələri ləğv ediləcək".

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticəyə görə, bu dairədən rayonun icra başçısı Aqil Məmmədov liderdir. MSK-nın araşdırmaya göndərdiyi 10 Seçki Dairəsi arasında 123 saylı Kəlbəcər Seçki dairəsinin adı yoxdur. 
13.02.2020 19:27:00
Oxuma sayı: 971