Məzahir Pənahov seçki etirazlarından danışdı: “Aksiyaya baxdım, sevindim, ləzzət aldım”
Ölçü:


"Bizim MSK-nın qarşısında olan aksiya Azərbaycanda ictimai-siyasi vəziyyətin ən sivil qaydada olduğunu göstərdi".

Koordinat.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Məzahir Pənahov deyib. O, əlavə edib ki, sözügedən aksiyanı xarici telekanallar da yayımlayıb: "Aksiya başlayan kimi bütün xarici kanallar verdi. Mən də hamısında baxdım, sevindim, ləzzət aldım".

MSK sədri seçkidən sonra etiraz aksiyalarının normal olduğunu diqqətə çatdırıb: "Seçkilərdə qələbə qazanmayan namizəd narazı olacaq. Bu təəccüblü deyil. Onlar narazı olmasa təəccüblənmək olardı”.
13.02.2020 18:52:00
Oxuma sayı: 33