Parlament seçkiləri: 4 dairədə nəticələri ləğv edildi, 10 dairə üzrə sənədlər araşdırmaya göndərildi- TAM SİYAHI
Ölçü:

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Koordinat.az
xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:
- 91 saylı Ucar seçki dairəsi
- 81 saylı Beyləqan seçki dairəsi
- 72 saylı Yardımlı-Masallı seçki dairəsi
- 95 saylı Tərtər seçki dairəsi
- 42 saylı Sumqayıt ikinci seçki dairəsi
- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
- 15 saylı Yasamal birinci seçki dairəsi
- 28 saylı Sabunçu üçüncü seçki dairəsi
- 79 saylı İmişli seçki dairəsi
- 60 saylı Salyan-Neftçala seçki dairəsi

13.02.2020 18:16:00
Oxuma sayı: 54